“𝐇𝐞𝐲𝐝ə𝐫 Ə𝐥𝐢𝐲𝐞𝐯 𝐯ə 𝐀𝐳ə𝐫𝐛𝐚𝐲𝐜𝐚𝐧 𝐠ə𝐧𝐜𝐥𝐢𝐲𝐢” 𝐦𝐨̈𝐯𝐳𝐮𝐬𝐮𝐧𝐝𝐚 𝐭ə𝐝𝐛𝐢𝐫 𝐤𝐞𝐜̧𝐢𝐫𝐢𝐥𝐢𝐛
20 dekabr 2022 | 09:04
Şəmkirdə Respublika Ağsaqqallar Şurasının və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Respublika Ağsaqqallar Şurasının sədr müvini Bayram Yusifov, Şuranın üzvləri və rayon ağsaqqalları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsini və "Şəhidlər Memorial Abidə Kompleksi"ni ziyarət edərək önünə gül dəstələri qoyublar.
Daha sonra Respublika Ağsaqqallar Şurasının üzvləri və rayon ağsaqqalları 1 saylı Düyərli kənd tam orta məktəbində “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbirdə iştirak ediblər.
Tədbirdə çıxış edən Respublika Ağsaqqallar Şurasının sədr müvini Bayram Yusifov milli dövlətçilik ənənələrinin bərpasında misilsiz xidmətləri olan Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışıb.
B.Yusifov bildirib ki, ölkəmizin inkişafı, tərəqqisi böyük siyasi və dövlət xadimi, milli dövlət quruculuğumuzun memarı Heydər Əliyevin millət və Vətən sevgisindən qaynaqlanan fəaliyyəti ilə bağlıdır.
Respublika Ağsaqqallar Şurası Şəmkir rayon təşkilatının sədri Bilal Məmmədov və digər natiqlər də çıxışlarında Ulu Öndər Heydər Əliyevin gənclərə və gəncliyə etimadından danışıblar.
Çıxışlarda ümumi bir fikir ifadə olunub ki, bu gün ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti yeni mərhələsini yaşayır. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gənclərin inkişafı, vətənpərvərlik tərbiyəsi, təhsili, cəmiyyətə inteqrasiyası istiqamətində çox böyük işlər görülməkdədir. Bu da Azərbaycanda gənclər siyasətinin prioritet məsələlərdən olduğunun sübutudur.