Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Xidməti Şəmkirdə vətəndaş qəbulu keçirdi

29 avqust 2026 | 10:54
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov avqustun 28-də Şəmkir rayonunda yerləşən Heydər Əliyev Mərkəzində Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl general-mayor Mürsəl İbrahimov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla yad ediblər.
Qəbulda 4 şəhid ailəsi və 8 müharibə iştirakçısı olmaqla 32 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar Dövlət Xidmətində həqiqi hərbi xidmətə və ya işə qəbul, tibbi şəhadətləndirmə, veteranlıq və s. məsələlərlə bağlı müraciət ediblər.
Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Dövlət Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.
Keçidlər