Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olundu

23 iyun 2025 | 15:04
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, RİH kollektivi 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Ümummilli lider Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində yerləşən abidəsi önünə gül-çiçək dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad etdilər.
Dövlət qulluqçularını peşə bayramları münasibətlə təbrik edən Rəşad Tağıyev bildirdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılmasında və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub.
İcra başçısı qeyd etdi ki, Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində həyata keçirdiyi islahatları Prezident İlham Əliyevin qətiyyətlə davam etdirməsi sayəsində isə ölkəmizin qüdrəti gündən-günə artmaqdadır.
Dövlət qulluğunda çalışmağın böyük məsuliyyət olduğunu bildirən Rəşad Tağıyev qeyd etdi ki, hər bir dövlət qulluqçusu dövlət başçımızın etimadına layiq çalışmalı, dövləti təmsil etdiyini, vətəndaşların hüquqlarının qorunması üçün onların üzərinə böyük məsuliyyət düşdüyünü hiss etməlidir.
Keçidlər