Dəllər qəsəbəsində səyyar qəbul keçirildi.
03 mart 2023 | 16:01
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
İcra başçı bu dəfə Dəllər qəsəbəsində sakinlərlə səyyar görüş keçirib.
RİH-in struktur rəhbərləri, şöbə müdirlərinin, müavinlər, aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərlərinin də iştirak etdiyi görüşdə icra başçısı Prezidenti cənab İlham Əliyev tərəfindən Respublikamızda aparılan sosial-iqtisadi islahatlardan danışaraq, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
İcra başçısı bildirib ki, bu gün rayonun bütün yaşayış məntəqələrində sakinlərimizi narahat edən problemlərin aradan qaldırılması üçün tədbirlər görülür. Rayon ərazisində yerləşən xüsusi əhəmiyyətli böyük yaşayış məntəqələrini birləşdirən yolların müasir standartlara uyğun qurulması, yararsız hala düşmüş elektrik dirəkləri dəyişdirilməsi, məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar, su problemini kökündən həll etmə üçün qazılan subartezian quyuları da görülən işlərin bir parçasıdır.
Rəşad Tağıyev Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Belə görüşlərin əsas məqsədinin sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayan icra başçısı daha sonra sakinlərlə qəsəbənin ümumi problemlərini müzakirə edib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.