Şriftin ölçüsü :

Saytın rəngi :

Dəllər Cəyir kəndində sakinlərimizlə səyyar qəbul-görüş keçirildi

08 may 2025 | 17:22
 
Sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin vətəndaşlarla növbəti səyyar qəbulu Dəllər Cəyir kəndində keçirildi.
Qəbuldan öncə icra başçısı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verdi.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənildi, kəndin ümumi problemləri müzakirə olundu.
Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul etdi.
Keçidlər