Şriftin ölçüsü :

Saytın rəngi :

Dağ Çəyir sakinlərinin səyyar qəbulda qaldırdıqları bu müraciət təmin edildi

07 iyul 2025 | 17:14

Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin rayonumuzun Dağ Cəyir kəndində keçirdiyi səyyar qəbul zamanı sakinlər tərəfindən edilən müraciət müsbət həllini tapıb.
Belə ki, səyyar qəbulda sakinlərlə kəndin ümumi problemlərinin müzakirəsi zamanı onların istək və təkliflərindən biri kəndin daxili yollarının təmir olunması olub.
Sakinlərimizin istəyi nəzərə alınaraq Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkir bələdiyyəsi tərəfindən Dağ Cəyir kəndində ümumi uzunluğu 1350 metr olan daxili yolların təmir-bərpa işləri aparılıb. Ağır texnika ilə yola qum-çınqıl döşənərək hamarlanıb, yolların ətrafı təmizlənib, su axınlarının yola zərər vurmaması üçün arxlar çəkilib.
Görülən işlərə görə kənd sakinləri təşəkkürlərini bildiriblər.
Onu da qeyd edək ki, səyyar qəbullar zamanı vətəndaşları narahat edən problemlər yerindəcə öyrənilir və tədbirlər müəyyənləşdirilir. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilir.

Keçidlər