Şriftin ölçüsü :

Saytın rəngi :

Çinarlı qəsəbəsində sakinlərimizlə görüş keçirildi

02 mart 2026 | 18:00

Sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin vətəndaşlarla növbəti səyyar qəbulu Çinarlı qəsəbəsində keçirildi.
Qəbuldan öncə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq son illər Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verdi.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənildi, qəsəbənin ümumi problemləri müzakirə olundu. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul etdi.

Keçidlər