Şriftin ölçüsü :

Saytın rəngi :

Çinarlı qəsəbəsində keçirilən səyyar qəbul

08 aprel 2024 | 15:08
Səyyar qəbul-görüş zamanı sakinlərə Şəmkir rayonunda görülən abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verilib.
Rəşad Tağıyev bildirib ki, Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır: “İqtisadi qüdrəti getdikcə artan Azərbaycan dövləti qlobal böhranla mübarizə dövründə belə heç bir sosial layihəsini təxirə salmadı. Həmçinin regionların inkişafına dair dövlət proqramında nəzərdə tutulmuş bütün layihələr gerçəkliyə çevrildi. Bununla da bir daha təsdiq olundu ki, regionlarının sürətli yüksəlişi ölkədə həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir”.
İcra başçısı qeyd edib ki regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri işlər davam etdirilir və bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Daha sonra sakinlərimizlə Çinarlı qəsəbəsinin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Keçidlər