Şriftin ölçüsü :

Saytın rəngi :

Çaykənddə sakinlərlə səyyar qəbul-görüş keçirildi

24 iyun 2023 | 10:51
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev ucqar dağ kəndlərimizdən olan Çaykənddə sakinlərlə səyyar qəbul keçirib.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi sakinlərlə görüşdə icra başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
Rəşad Tağıyev bildirib ki, Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin sosialyönümlü iqtisadi inkişaf strategiyasının Prezident cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində ölkəmizin sosial-iqtisadi tərəqqisi daha da inkişaf edəcək, əhalinin yaşayış səviyyəsi daha da yüksələcək: “Daim xalqın yanında olan və milli maraqlardan çıxış edən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları dayanır”.
Son illərdə rayonumuzda sosial-iqtisadi sahədə qazanılan uğurlar, aparılan abadlıq-quruculuq işlərindən də danışan icra başçısı daha sonra sakinlərlə kəndin ümumi problemlərdən danışıb, həlli istiqamətində müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra fərdi müraciət etmək istəyənlər qəbul edildi.
Keçidlər