Cari ilin təsdiq olunmuş iş planına uyğun olaraq növbəti görüş keçirildi, tapşırıqlar verildi
24 may 2022 | 09:34
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonda fəaliyyət göstərən idarə, müsəssisə və təşkilat rəhbərləri ilə görüş keçirib.
Görüşdə ilin əvvəlində qəbul olunmuş birgə iş planına uyğun olaraq cari ildə Şəmkir rayonunda təşkilatların gördüyü işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Şəmkir RİH başçısı Rəşad Tağıyev çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. İcra başçısı bildirib ki, rayonda fəaliyyət göstərən bütün təşkilatlarda vətəndaşlara, xüsusilə də şəhid ailələri və qazilərə göstərilən xidmətlər yüksək səviyyədə olmalıdır.
Daha sonra hər bir müəssisənin gördüyü işlər və qarşıda duran vəzifələri müzakirə edilib. Rayon rəhbəri keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlərin, reallaşan layihələrin mütəmadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılması, həmin tədbirlərə rayon ictimaiyyətinin, gənclərin, digər təşkilat nümayəndələrinin cəlb olunması ilə bağlı da fikirlərini bildirib.
Sonda bir daha bəzi tapşırıq və tövsiyələrini çatdıran icra başçısı hər bir müəssisə rəhbərinə aidiyyəti bütün təşkilatlarla qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərilməsinin vacibliyini vurğulayıb.