Şriftin ölçüsü :

Saytın rəngi :

"Bu istiqamətdə görülən qabaqlayıcı tədbirlərdə fəal iştirak etmiş olarıq" - Rəşad Tağıyev

19 noyabr 2024 | 14:34
Sakinlərimizi narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Rəşad Tağıyevin vətəndaşlarla növbəti səyyar qəbulu rayonumuzun dağ kəndlərindən olan Çənlibeldə keçirildi.
Qəbuldan öncə icra başçısı Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işlərindən və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə sakinlərə ətraflı məlumat verdi.
Azərbaycan ev sahibliyi etdiyi dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29 haqqında da danışan icra başçı bildirib ki, hazırda dünyanı narahat edən əsas qlobal problemlərdən biri və birincisi ekoloji problemdir.
İcra başçısı vurğulayıb ki, iqlim dəyişmələri və onun yaratdığı fəsadlar artıq bütün dünyada hiss olunacaq səviyyəyə çatıb. Bunun üçün də dünyanın hər yerindən hökumət nümayəndələri COP-da toplaşaraq fəsadlarının aradan qaldırılması istiqamətində birgə səylər göstərmək üçün çağırışlar edirlər. Bizim də borcumuz rayonumuzun təbiətini qorumaq, mühafizə etmək, onun flora və faunasına can yandırmaq olmalıdır. Eyni zamanda ətraf mühitin təmizliyi üçün vətəndaş olaraq əlimizdən gələnləri əsirgəməməliyik. Bununla da biz də bu istiqamətdə görülən qabaqlayıcı tədbirlərdə fəal iştirak etmiş olarıq.
Səyyar qəbul zamanı vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, kəndin ümumi problemləri müzakirə olunub. Sakinlərimizin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul etdi.
Keçidlər