Şriftin ölçüsü :

Saytın rəngi :

Bu günə olan rəqəmlərə görə Şəmkirdə 2 4 0 7 ton günəbaxan yığılıb

17 oktyabr 2023 | 11:46
Məlum olduğu kimi Şəmkir rayonunun iqtisadiyyatının aparıcı sahələrindən birini kənd təsərrüfatı təşkil edir. Aqrar sektor sakinlərimizin məşğulluğunun artırılması, eyni zamanda ərzaq təhlükəsizliyinin təmin olunması baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
Kənd təsərrüfatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq aparıcı rol oynayır. Eyni zamanda rayonun təsərrüfatlarında günəbaxan, yer fıstığı, şəkər çuğunduru və digər məhsullar da istehsal edilir.
Rayonda artıq günəbaxan məhsulunun yığımına başlanılıb. Bunun üçün kombaynlar və onlara birləşdirilən xederlər ayrılıb.
Günbaxan istehsalı ilə məşğul olan fermerlər bu il də yüksək məhsuldarlıq əldə etdiklərini bildirirlər.
Məlumat üçün bildiririk ki, ümumilikdə rayon üzrə 972 hektar sahədə günəbaxan əkilib.
Əkilmiş ərazilərdən bu günün rəqəmlərinə görə 2 407 ton məhsul yığılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 40,5 % çoxdur.
Onu da qeyd edək ki, cari ildə Şəmkir rayonunda 421,7 hektar şəkər çuğunduru, 125 hektar vələmir, 92 hektar lobya, 88,6 hektar soya, 44 hektar isə yerfıstığı əkilib.
Rayonda həm təsərrüfatların genişləndirilməsi, həm də növlərin artırılması üçün sahibkarlara hər cür dəstək göstərilir, kənd təsərrüfatında innovativ texnologiyaların, müasir suvarma sistemlərinin tətbiqi istiqamətində təşviqat işləri aparılır.
Bu məqsədlə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları mütəmadi olaraq yerli sahibkarlarla görüşlər keçirir, təsərrüfatlarda yaradılan şəraitlə tanış olur, eyni zamanda onların arzu və istəklərini dinləyir.
Keçidlər