Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün məzunlar üçün "Son zəng" çalınıb

14 iyun 2024 | 15:34
Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonumuzunda fəaliyyət göstərən təhsil müəssisələrində keçirilən "Son Zəng” tədbirlərində iştirak ediblər.
Tədbirlərdə müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulanaraq bildirilib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır.
Qeyd olunub ki, bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir.
Keçidlər