Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün məzunlar üçün “Son zəng” çalınıb

13 iyun 2026 | 15:16
Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində keçirilən “Son Zəng” tədbirlərində iştirak ediblər.
Tədbirlərdə müstəqil həyata ilk addımlarını atan məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulanaraq bildirilib ki, ölkəmizdə bütün sahələrdə müşahidə olunan davamlı inkişaf təhsil sektorunda da öz əksini tapır. Son illər Azərbaycan Respublikasında təhsil sahəsinin müasirləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi, yeni məktəb binalarının inşası və əsaslı təmiri, rəqəmsal texnologiyaların tətbiqi, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Qeyd olunub ki, əldə olunan uğurların əsasında Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik və təhsil siyasəti dayanır. Ulu Öndərin “Təhsil millətin gələcəyidir” prinsipi bu gün də ölkəmizin inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları və strateji qərarlar nəticəsində Azərbaycanın təhsil sistemi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Vurğulanıb ki, ölkə üzrə şagirdlərin beynəlxalq və respublika fənn olimpiadalarında, müxtəlif bilik və innovasiya müsabiqələrində qazandıqları nailiyyətlər, ali təhsil müəssisələrinə qəbul göstəricilərinin yüksəlməsi və gənclərin hərtərəfli inkişafı istiqamətində əldə olunan nəticələr dövlətin təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Çıxışlarda məzunlara yüksək bilik və bacarıqlara yiyələnərək Vətənə layiqli vətəndaş kimi xidmət göstərmələri arzulanıb.
Keçidlər