Bu gün məzunlar üçün “Son zəng” çalınıb. 14 İyun 2025
Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri rayonumuzunda fəaliyyət göstərən təhsil müəssisələrində keçirilən "Son Zəng” tədbirlərində iştirak ediblər.
Şəmkir RİH başçısı Rəşad Tağıyev Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbdə keçirilən "Son Zəng” tədbirində şagirdləri, onların müəllim və valideyinlərini məzun günü münasibətilə təbrik edilib, müstəqil həyata ilk addımlarını atan gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
İcra başçısı bildirib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır: “Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir”.
Rəşad Tağıyev məzunlara hansı peşəyə yiyələnməklərindən asılı olmayaraq öz bilik və bacarıqları ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr vermələrini və dövlətimiz üçün layiqli vətəndaş olmalarını arzulayıb.
Qazax-Tovuz Regional Təhsil idarəsinin müdiri Vüqar Dadaşov da çıxışında məzunlara xoş arzularını çatdırıb, son illərdə Şəmkir məktəblilərinin əldə etdiyi uğurlardan, qazandıqları nəticələrdən danışıb.
Daha sonra təhsil sahəsində fərqlənən müəllim və şagirdlərə Fəxri Fərmanlar təqdim edilib.
Tədbirin yekununda isə şagirdlərin 11 illik məktəb həyatına yekun vuran “Son zəng” çalınıb.
Qeyd edək ki, 2024-2025-ci təhsil ilində Şəmkir rayonu üzrə 2440 nəfər şagird məzun olub. Onlardan 112 nəfəri orta təhsillərini fərqlənmə atesstatı ilə başa vurublar. Şəmkir rayon üzrə Respublika Fənn Olimpiadasında 6 nəfər adını qaliblər sırasına yazdıra bilib ki, onlardan 1-i gümüş, 5 nəfər isə bürüc medalla mükafatlandırılıb.