Şriftin ölçüsü :

Saytın rəngi :

Bu dəfə Yeni Göyçədə sakinlərlə görüş keçirildi

04 iyul 2022 | 09:28
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyevin rayonun kənd və qəsəbələrində sakinlərlə səyyar qəbul-görüşləri davam edir.
Rəşad Tağıyev bu dəfə RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə rayonun ucqar dağ kəndlərindən olan Yeni Göyçədə sakinlərlə səyyar qəbul-görüş keçirib.
Sakinlərlə görüşdə icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
İcra başçısı bildirib ki, son illər həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf etmiş, bir sıra əhəmiyyətli sosial proqramlar reallaşdırılmışdır. Bu proqramlarda regionlarımızın mövcud potensialından daha səmərəli istifadə etməklə yerlərdə sənayenin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli yardım göstərmək, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırılması əsas məqsəd kimi qarşıya qoyulmuşdur.
Hazırda regionlarda, eyni zamanda Şəmkir rayonunda həyata keçirilən kompleks tədbirlər çərçivəsində infrastruktur layihələri uğurla icra edilir.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib,
səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər