Şriftin ölçüsü :

Saytın rəngi :

Bu dəfə Tatarlı kəndində sakinlərlə səyyar-qəbul keçirildi

12 avqust 2022 | 13:14
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev rayonun Tatrlı kəndində sakinlərlə səyyar qəbul keçirib.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını ziyarət edib, əziz xatirələrini anıb.
RİH əməkdaşlarının, xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi sakinlərlə görüşdə Rəşad Tağıyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə vətəndaşların rifahının yaxşılaşdırılması ilə bağlı aparılan islahatlardan, sosial-iqtisadi sahədə qazanılan uğurlardan danışıb.
Sakinlərlə görüşdə rayon rəhbəri regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində Şəmkir rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib.
İcra başçısı bildirib ki, Şəmkir-Zəyəm-Düyərli-Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun müasir standartlara uyğun qurulması da görülən işlərin bir parçasıdır.
Rəşad Tağıyev ölkə rəhbəri tərəfindən həyata keçirilən bu tədbirlərin və görülən işlərin bundan sonra da davam etdiriləcəyini, vətəndaşlarımızı narahat edən ən kiçik problemin belə diqqətdən kənarda qalmayacağını vurğulayıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib,
səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.
Keçidlər