Bu dəfə rayonumuzun ən ucqar dağ kəndlərindən olan Ələsgərlidə sakinlərlə görüş keçirildi
07 oktyabr 2022 | 17:01
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tərəfindən rayonumuzun kənd və qəsəbələrində vətəndaşların səyyar qəbulu davam edir.
Səyyar qəbullar zamanı sakinlərimizin müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görülür, RİH başçısı tərəfindən tapşırıqlar verilir.
Dövlət orqanlarının yerli idarələrinin, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar qəbul-görüş rayonumuzun ucqar dağ kəndlərindən olan Ələsgərli kəndinin sakinləri ilə keçirildi.
Qəbuldan öncə icra başçısı kəndin şəhidlərinin məzarlarını ziyarət edib.
Rəşad Tağıyev kənd ictimaiyyətinin nümayəndələri ilə söhbətində Prezident cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş qərarlar, eyni zamanda bu istiqamətdə Şəmkir rayonunda görülən işlər haqqında məlumat verdi.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə olundu.
Aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir hissəsi həll olunub, araşdırma tələb edən müraciətlər qeydiyyata alınıb və həlli üçün müvafiq tapşırıqlar verilib.
Qəbula gələn sakinlərin arzu və istəkləri, təklifləri müzakirə olunub, qaldırılan məsələlərlə bağlı müvafiq göstərişlər verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.