Bu dəfə Dəllər Cəyir sakinləri ilə səyyar qəbul keçirildi
02 iyun 2022 | 16:10
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bu dəfə Dəllər Cəyir kəndində sakinlərlə görüşüb.
İcra başçısı görüşdən öncə kəndin Vətən müharibəsi şəhidi Rövşən Mədətovun məzarını və kəndin şəhidləri üçün inşa olunmuş Abidə-bulaq kompleksini ziyarət edib.
Sakinlərlə görüşdə rayon rəhbəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində xalqımızın qazandığı şanlı Zəfərdən danışıb, bildirib ki, müharibə şəraitindən çıxmış bir dövlət olmağımıza baxmayaraq, dövlət başçısının hərtərəfli qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da aparılan abadlıq və yenidənqurma işləri davam etdirilir.
Rəşad Tağıyev Dəllər Cəyir kəndi də daxil olmaqla bütün rayon ərazisində sakinlərimizi narahat etdən ən xırda problemlərdən də məlumatlı olduğunu, bu istiqamətdə aidiyyəti dövlət təşkilatları ilə birlikdə əvvəlcədən tərtib olunmuş İş Planına uyğun məqsədyönlü tədbirlərin görüldüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
İcra başçısı bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılacaq və əhalinin sosial rifahına yönəlmiş tədbirlər Şəmkir rayonunda bundan sonra da davam etdiriləcək, vətəndaşlarımızı narahat edən ən kiçik problem belə diqqətdən kənarda qalmayacaq.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Görüşdə iştirak edən kənd ağsaqqalları və gənclər göstərilən diqqət və qayğıya, problemlərə göstərilən həssas münasibətə görə Prezident Cənab İlham Əliyevə minnətdarlıqlarını çatdırıblar.
Qeyd edək ki, RİH başçısının rayonun kənd və qəsəbələrində səyyar görüşləri davam edir və bütün yaşayış məntəqələrində sakinlərlə yerində görüş keçiriləcəkdir.