Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Tolerantlıq Günü münasibətilə Şəmkirdə yaşayan azsaylı xalqların nümayəndələri ilə görüş keçirildi

17 noyabr 2025 | 16:28
“Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil olunan görüşdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Rəşad Tağıyev rayonumuzda yaşayan azsaylı xalqların nümayəndələrini salamlayaraq bildirdi ki, Şəmkir Azərbaycanın zəngin tarixi və çoxmədəniyyətli rayonlarından biridir. Rayonumuzun əhalisi etnik və dini müxtəlifliyi ilə seçilir. Son məlumatlara görə hazırda Şəmkirdə 15 müxtəlif xalqların nümayəndələri yaşayır. Onlar arasında ahıska türkləri, ruslar sayca çoxluq təşkil edirlər. Eyni zamanda rayonumuzda polyaklar, ukraynalılar, belaruslar, tatarlar, kürdlər və gürcülər də yaşayırlar.
İcra başçısı qeyd etdi ki, bu gün Azərbaycan dünyada həm də tolerantlıq örnəyi kimi tanınır: "Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər ölkəmizi müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayırlar".
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu multikulturalizm siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən icra başçısı vurğuladı ki, dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif mədəniyyətlərin və sivilizasiyaların birgəyaşayışında görən Azərbaycan Prezidenti İlham Əliyev bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
Rəşad Tağıyev multikulturalizmin xalqımızın adi həyat tərzinə çevrildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb, rayonda yaşayan azsaylı xalqların nümayəndələrinin istək və təkliflərini dinlədi.
Görüşdə azsaylı xalqların nümayəndələri çıxış edərək daim göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.
Keçidlər