Beynəlxalq Ailə Günü münasibətilə ailələrlə görüşlər keçirilib
Görüşlərdə ailənin cəmiyyətin əsasını təşkil edən mühüm sosial institut olduğu, sağlam və güclü cəmiyyətin formalaşmasının sağlam ailədən başladığı vurğulanıb.
Bildirilib ki, ölkəmizdə ailə institutunun qorunması, milli-mənəvi dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ailələrin sosial rifahının yüksəldilməsi və sağlam ailə münasibətlərinin təşviqi məqsədilə həyata keçirilən tədbirlər bu sahəyə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Ailə üzvləri onlara göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edərək, belə görüşlərin cəmiyyətdə həmrəyliyin, qarşılıqlı hörmətin və mənəvi dəyərlərin daha da möhkəmlənməsinə töhfə verdiyini qeyd ediblər. Меньше






