Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı kəndində səyyar tibbi müayinə aksiyası keçirilib.

12 iyun 2025 | 16:46

Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə rayonumuzun Bayralmı kəndində bir gün ərzində səyyar tibbi müayinə aksiyası təşkil edilib.
Bayramlı kənd Həkim Məntəqəsinin binasında keçirilən aksiyada 45 nəfər kənd sakini terapevt, kardioloq, nefroloq, ginekoloq, pediatr, oftalmoloq, nevroloq həkimlərin müayinəsindən keçiblər.
Aksiyada həkimlər tərəfindən diaqnostik müayinələri aparmaq üçün EKQ, USM, Portatip Exokardioqraf, Şəkər və sairə diaqnostik aparatlar təşkil edilib, müayinədən keçən sakinlərə nəticədən aslı olaraq müvafiq tövsiyələr və tibbi məsləhətlər verilib, cərrahi əməliyyata ehtiyacı olanlar isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına dəvət olunublar.
Qeyd edək ki, Səyyar Tibbi Xidmətin əsas məqsədi, əhali arasında profilaktik müayinə mədəniyyətinin, sağlam həyat tərzinin təbliği, əsasən aztəminatlı və ehtiyacı olan vətəndaşlara ödənişsiz müayinələrin həyata keçirilməsini təşkil etməkdir.

Keçidlər