Şriftin ölçüsü :

Saytın rəngi :

Bayramlı kəndində sakinlərlə görüş keçirildi-FOTO

14 iyul 2023 | 14:23
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması üçün Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev hər həftə rayon sakinlərini fərdi qəbul edir, onların təklif və problemlərini dinləyir, qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə səyyar qəbullar keçirir.
RİH başçısı Rəşad Tağıyev bu dəfə Bayramlı kəndində sakinlərlə görüşüb.
Görüş zamanı icra başçısı bildirib ki, Prezident cənab İlham Əliyevin hərtərəfli qayğısı sayəsində ölkəmizin hər yerində olduğu kimi Şəmkir rayonunda da aparılan abadlıq və yenidənqurma işləri sürətlə davam etdirilir.
Rəşad Tağıyev Bayramlı kəndi də daxil olmaqla, bütün rayon ərazisində sakinləri narahat etdən ən xırda problemlərdən də məlumatlı olduğunu, bu istiqamətdə aidiyyəti dövlət təşkilatları ilə birlikdə əvvəlcədən tərtib olunmuş İş Planına uyğun məqsədyönlü tədbirlərin görüldüyünü görüş iştirakçılarının diqqətinə çatdırıb.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.
Keçidlər