Şriftin ölçüsü :

Saytın rəngi :

BAŞIN SAĞ OLSUN, VƏTƏN!

03 avqust 2022 | 13:06
Avqust ayının 3-də Şəmkir rayonunun Qaracəmirli kənd sakini, 2004-cü il təvəllüdlü Kazımov Anar Rüstəm oğlu həqiqi hərbi xidmətdə olarkən Laçın rayonu istiqamətində erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub.
Müdafiə Nazirliyinin verdiyi məlumata görə, avqustun 3-ü səhər saatlarında Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.
Şəmkir Rayon İcra Hakimiyyəti şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!
Allah rəhmət eləsin!
Məlumat üçün bildiririk ki, hadisə ilə bağlı bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.
Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.
Keçidlər