Şriftin ölçüsü :

Saytın rəngi :

BAŞIN SAĞ OLSUN, ŞƏMKİR!

14 sentyabr 2022 | 10:28

Sentyabr ayının 13-də Şəmkir rayonunun Şeidlər kənd sakini, 1996-cı il təvəllüdlü Süleymanov Xəyal Elxan oğlu erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olub.

Müdafiə Nazirliyinim məlumatına görə, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın arasında Şəmkir rayonun Şeyidlər kənd sakini 1996-cı il təvəllüdlü Süleymanov Xəyal Elxan oğlu da var.

Şəmkir Rayon İcra Hakimiyyəti şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbir diləyir!

Allah rəhmət eləsin!

Məlumat üçün bildiririk ki, hadisə ilə bağlı bölmələrimiz tərəfindən müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində xidmətini davam etdirir.

Keçidlər