Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" -İB-nin baş direktorunun Şəmkir rayonunda vətəndaş qəbulu keçirilib

14 oktyabr 2024 | 15:31
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Şəmkir rayonunda vətəndaşlarla görüş keçirib.
Görüşdən öncə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev və Azər Məmmədov Ümummilli lider Heydər Əliyevin Şəmkir rayonundakı abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad olunub.
Birlik rəhbəri Şəmkir, Gədəbəy və digər ətraf rayonlardan qəbula üz tutan 24 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təkliflərini dinləyib. Sakinlər əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi, habelə işə qəbulla bağlı müraciət ünvanlayıblar.
Birlik rəhbəri hər bir müraciətin həlli yolu barədə sakinlərə ətraflı izahat verib. Bir sıra məsələlərin yerində baxılması və araşdırılması üçün Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilib.
Keçidlər