Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Şəmkir rayonunda vətəndaşlarla görüşüb
13 aprel 2025 | 17:01
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Şəmkir rayonunda yerləşən Şəmkir Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Şəmkir, Gədəbəy və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə sədr Zaur Mikayılov və Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.