Şriftin ölçüsü :

Saytın rəngi :

Aqrar Sığorta Fondu Şəmkirli fermerlərə ödəniş edib

07 yanvar 2025 | 09:32
Aqrar Sığorta Fondu tərəfindən Şəmkir rayonunda sığortalanmış təsərrüfatlara dəymiş zərərə görə ilk sığorta ödənişləri icra edilib.
Sığorta ödənişləri buğda və arpa sahələrində dolu,fırtına, sel-subasma, gilas bağında isə vəhşi heyvanların hücumu nəticəsində dəymiş zərərlərə görə aparılıb. Fond tərəfindən baş vermiş 3 hadisəyə görə fermerlərə ümumilikdə 66 280,00 manat sığorta ödənişi verilib.
Bununla bağlı keçirilmiş görüşdə dövlət tərəfindən dəstəklənən aqrar sığorta mexanizminin kənd təsərrüfatının dayanıqlı inkişafının təmin olunmasındakı rolundan bəhs edilib, dəymiş zərərlərə görə ödənişlərin aparılmasının fermerlər arasında sığortaya marağın artmasına səbəb olacağı vurğunlanıb.
Keçidlər