Şriftin ölçüsü :

Saytın rəngi :

Antiterror əməliyyatları zamanı yaralanan hərbiçilərimiz evlərində ziyarət edildi

16 oktyabr 2023 | 11:35
Şəmkir Rayon İcra Hakaimiyyətinin rəhbər heyəti 19-20 sentyabr tarixlərində Qarabağda həyata keçirilən antiterror əməliyyatı zamanı yaralanan hərbçilərimizi evlərində ziyarət ediblər.
Görüşlər zamanı onların müalicəsi, gündəlik qayğı və problemləri ilə maraqlanılıb, hərbçilərimizi narahat edən məsələlər qeydiyyata alınaraq həlli üçün tədbirlər müəyyənləşdirilib.
Yaralı hərbçilərimizin ailələri ilə söhbətdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmən üzərində qazanılan Şanlı Qələbədən, döyüşlərdə iştirak edən əsgər və zabitlərimizin qəhrəmanlığından danışılıb.
Eyni zamanda bildirilib ki, Şəmkir rayonunda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatının artırılması istiqamətində tədbirlər davam etdirilir.
Hərbçilərimizin ailə üzvləri də qəhrəman övladlarının keçdiyi şərəfli döyüş yolundan söz açıb, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Keçidlər