Anım Günü münasibətilə Şəhidlər Xiyabanında təmizlik və abadlıq işləri aparıldı, rayon ərazisində ağacəkmə aksiyaları təşkil olundu
Sentyabrın 25-də Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 Sentyabr – Anım Günü” münasibətilə rayonun müxtəlif ərazilərində ağacəkmə aksiyaları keçirildi.
Şəhidlər Xiyabanında keçirilən aksiyada Şəmkir RİH başçısı Rəşad Tağıyev, İcra Hakimiyyətinin və YAP Şəmkir Rayon Təşkilatının məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, həmçinin aidiyyəti xidmət təşkilatlarının işçiləri iştirak etdilər.
Aksiya çərçivəsində Şəhidlər Xiyabanının yaşıllıq üçün nəzərdə tutulan ərazidə 100-dən artıq müxtəlif növ ağaclar və yeni gül kolları əkildi, suvarma işləri aparıldı. Ərazidə yaşıllıqların qorunması üçün müvafiq tədbirlər görülüb, mövcud ağaclara aqrotexniki qulluq göstərilib.
Eyni zamanda Şəhidlər Xiyabanının ərazisində aparılan təmizlik və abadlıq işlərinə baxış keçirildi.
Rayonun digər ərazilərində təşkil olunan ağacəkmə aksiyaları çərçivəsində isə şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq rayon ictimaiyyəti tərəfindən müxtəlif ağaclar əkildi.






