Şriftin ölçüsü :

Saytın rəngi :

Allah rəhmət eləsin!

25 sentyabr 2026 | 16:37
 
Şəhidimiz İsrayıl Hacıyevin atası Səməd Hacıyev vəfat edib.
Şəmkir Rayon İcra Hakimiyyəti adından mərhumun ailə üzvlərinə və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, doğmalarına səbir diləyirik.
Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, eləcə də ictimaiyyət nümayəndələri mərhumun dəfn və üç mərasimində iştirak ediblər.
Onu da bildirək ki, 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətə başlayan İsrayıl Hacıyev Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.
Şəhid İsrayıl Hacıyev doğulub boya-başa çatdığı Zəyəm Cırdaxan kəndində dəfn edilib.
Keçidlər