Ahıllar Günündə yaşlı nəslin nümayəndələri evlərində ziyarət olundu
02 oktyabr 2024 | 15:19
“1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Aparatın əməkdaşları Dəllər Cəyir kənd sakini Namiq Məmmədovun və Düyərli kənd sakini Zahid Məmmədovun evində olub, Ahıllar Günü münasibətilə təbrik ediblər.
Görüş zamanı əlamətdar gün münasibətilə yaşlı nəslin nümayəndələrini təbrik edərək onların dünyagörüşünə, həyat təcrübəsinə, məsləhətlərinə daim ehtiyac duyulduğu bildirilib.
Qeyd olunub ki, ahılların hərtərəfli dövlət qayğısı ilə təmin olunması, onların maddi və mənəvi tələbatlarının ödənilməsi Ümummilli lider Heydər Əliyevin sosial siyasi kursunun vacib tərkib hissəsi olub. Milli və bəşəri dəyərlərə söykənən bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən layiqli səviyyədə davam və inkişaf etdirilir. Bir sıra dövlət proqramlarına uyğun olaraq, ötən müddətdə ahılların sosial müdafiəsi sahəsində mühüm işlər görülüb.
“1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə bütün yaşlı nəslin nümayəndələrini təbrik edir, onlara can sağlığı arzu diləyirik.