Ahıllar Günündə Şəmkirin ən yaşlı sakinlərindən olan İlyas və Kamran baba evlərində ziyarət olundu
02 oktyabr 2023 | 10:09
“1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə Şəmkir rayonunun ən yaşlı sakinlərindən olan 96 yaşlı İlyas Qəhrəmanov və 90 yaşlı Kamran Tağıyevə baş çəkildi.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, aparatın əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə İlyas və Kamran baba uzunömürlülüyün sirrlərindən danışıb, keçmiş xatirələrini bölüşüb, gənclərə öz məsləhətlərini verib, ağsaqqal dualarını ediblər.
Görüş zamanı onların səhhəti ilə maraqlanılıb, qayğıları, problemləri dinlənilib və hər zaman rayon rəhbərliyi tərəfindən nəzarətdə olacaqları bildirilib.
Onu da bildirək ki, İlyas Qəhrəmanovun ömür-gün yoldaşı Mahizər Qəhrəmanova da 88 yaşında, Kamran babanın ömür-gün yoldaşı Minə Tağıyeva isə 85 yaşındadır.
İlyas və Kamran babaya, ağbirçək nənələrimizə uzun ömür, can sağlığı arzu edir, həyat dolu arzularının həyata keçirilməsini diləyirik.