Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllar Günündə 112 yaşlı Ulduz nənə ziyarət olundu

01 sentyabr 2022 | 17:13
“1 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə Şəmkir rayonunun ən yaşlı sakinlərindən olan 112 yaşlı Ulduz Haqveriyevaya və ailəsinə baş çəkildi.
Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, aparatın əməkdaşları, RİH başçısının Aşağı Seyfəli kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin iştirakı ilə keçirilən görüşdə Ulduz Haqverdiyeva uzunömürlülüyün sirrlərindən danışıb, keçmiş xatirələrini bölüşüb, gənclərə öz məsləhətlərini verib, ağbirçək dualarını edib.
Görüş zamanı Ulduz Haqverdiyevanın səhhəti ilə maraqlanılıb, qayğıları, problemləri dinlənilib və hər zaman rayon rəhbərliyi tərəfindən nəzarətdə olacağı bildirilib.
112 yaşlı Ulduz nənəyə uzun ömür, can sağlığı arzu edir, arzularının həyata keçirilməsini diləyirik.
Keçidlər