Şriftin ölçüsü :

Saytın rəngi :

Ağlavaşlı kəndində keçirilən səyyar qəbul-görüş

29 dekabr 2023 | 17:35
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev vətəndaşları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə bu dəfə Ağlavaşlı kəndində sakinlərimizlə görüşüb.
Rəşad Tağıyev əvvəlcə Prezident cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə də məlumat verib.
İcra başçısı bildirib ki, bütün bu tədbirlər əhalinin rahatlığının təminatına və güzəranının yaxşılaşdırılmasına xidmət edir və görülən bu məqsədyönlü işlər davamlı olacaq.
Daha sonra vətəndaşların müraciətləri, istək və təklifləri dinlənilib, sakinlərlə kəndin ümumi problemləri müzakirə olunub.
Səyyar qəbulda sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə müvafiq qaydada araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Sakinlərlə ümumi görüşdən sonra icra başçısı fərdi müraciət etmək istəyənləri qəbul edib.
Keçidlər