ŞƏMKİRİN ƏN BÖYÜK BAĞÇASI GƏNC XANIMA TAPŞIRILDI
27 iyun 2018 | 16:00
Ölkə Prezidenti cənab İlham Əliyevin ənənyə çevirdiyi gənclər siyasəti bu gün Şəmkir rayonunda da uğurla həyata keçirilir.
Belə ki, gənclərin rəhbər vəzifələrə təyin olunması artıq Şəmkirdə geniş vüsət almışdır.
Bu gün daha bir gənc xanıma vəzifə verilib.
Belə ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Muradova Gülçin Şahin qızı Şəmkir şəhər 3 saylı körpələr evi-uşaq bağçasının müdiri təyin edilib.
Gülçin Muradova bundan əvvəl "Kids Academy Shamkir"də tərbiyəçi müəllim vəzifəsində çalışıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Gülçin Muradovanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.