Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCANDA İLK DƏFƏ ŞƏMKİRDƏ YARADILDI VƏ...

26 iyun 2018 | 16:00

Bəli, 2015-ci ildə Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan “Gənc Həkimlər Birliyi” ölkəmizdə bir ilk idi.

Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirildiyi dönəmdə Şəmkir rayonunda “Gənc Həkimlər Birliyi”nin yaradılmasında əsas məqsəd Prezident Cənab İlham Əliyevin ölkəmizdə kimsəsiz və aztəminatlı ailələrə pulsuz tibbi dəstək göstərilməsi tapşırıqlarından irəli gələn ən uğurlu seçim idi.

Qısa zamanda bu seçim özünü doğrultmağı bacardı da. Yarandığı qısa müddət ərzində Şəmkir “Gənc Həkimlər Birliyi” rayonun ucqar qəsəbə və kəndlərində vətəndaşlarla səyyari görüşlər keçirmiş, əhalinin pulsuz tibbi müayinəsini aparmışlar.

Birliyin yaradılması eyni zamanda Şəmkirdə əhalinin sağlamlığının qorunması problemlərinin davamlı həllinə nail olmağa imkan yaradıb.

İlk dəfə Şəmkirdə yaradılan “Gənc Həkimlər Birliyi”nin nəcib təşəbbüsündən atrıq ölkəmizin bir çox bölgələrində də istifadə olunmağa başlanılıb.

Bütün görülən işlərə görə sakinlər Şəmkir Rayon İcra Hakimiyyətinə və “Gənc Həkimlər Birliyi”nə dərin minnətdarlıqlarını bildirirlər.

Biz də öz növbəmizdə “Şəmkir Gənc Həkimlər Birliyi”nin üzvlərinə şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayırıq!

 

VİDEONU İZLƏ

Keçidlər