30 iyun 2014-cü il tarixində "Zəka" Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq mərkəzinin Rəssamların Sərgisi keçirilmişdir.
Müasir Incəsənət Qalereyasında Azərbaycan Respublikasının əməkdar rəssamı, SSRİ rəssamlar ittifaqının üzvü, görkəmli rəssamı Nazim Babayev və tanınmış rəssam Faiq Abdullayevin fərdi sərgisi keçirildi. Sərginin açılışını Şəmkir şəhər İcra hakimiyyəti Başçısının müavini Sona Əliyeva etdi.
Sərgidə Gəncə şəhər dövlət flarmoniyasının direktoru, Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova, Şəmkir şəhər icra hakimiyyətinin birinci müavini Qüdrət Əliyev, Şəmkir şəhər Gənclər və İdman idarəsinin rəisi Pərvin Gözəlov, Zəka Gənclər Mərkəzinin tələbələri və Şəmkir rayonunun ziyalıları iştirak etdi. Tədbirdə xalq artisti Şahnaz Haşımova əməkdar rəssam Nazim Babayev və Faiq Abdullayevə həyat və yaradıcılıq uğuru arzuladı.
Sərgidə rəssamların 40 ədəd kətan üzərində yağlı boya ilə işlənmiş ("Nizami Gəncəvi", "Məhsəti Gəncəvi", "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl", "İşgəndərnamə", Kürün Şəmkirdən görünüşü", "xxı əsrin dadlıları", "Göy-göl mənzərəsi" və.s) əsərləri sərgiləndi.
Sərgi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Sərginin 10 iyul tarixinə qədər davam etməsi nəzərdə tutulur.