Şriftin ölçüsü :

Saytın rəngi :

ŞƏMKİRLİLƏRƏ MÜJDƏ- MƏRKƏZİ XƏSTƏXANADA İŞLƏR YEKUNLAŞIR

21 iyun 2018 | 16:00

Şəmkir rayonunda digər sahələrlə yanaşı olaraq sosial sahəyə də böyük diqqət göstərilir. Hazırda rayonda çoxlu sayda sosial obyektlərin inşası aparılır. Onlardan biri də rayon Mərkəzi Xəstəxanasıdır.

Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaxından nəzarəti və köməkliyi ilə yeni səhiyyə ocağının tikintisi sürətlə aparılır. Rayon rəhbərliyi müntəzəm olaraq tikintiyə baş çəkir, inşaat işlərinin gedişi ilə maraqlanır. Bu da son nəticədə tikintinin sürətlə aparılmasına təkan verir.

Bu gün də Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov Mərkəzi Xəstəxananın yeni binasında işin gedişatı ilə tanış olub.

İcra başçısına bildirilib ki, hazırda tikinti işləri sürətlə aparılır. Binanın örtük hissəsində tamamlama işləri aparılıb və yekunlaşmaq üzrədir. Binanın daxilində inşaatçılar arakəsmələrdə olan işləri demək olar ki, başa çatdırıblar. Eyni zamanda binanın daxilində elektrik və havalandırma işləri həyata keçirilib. İş icraçısı bildirib ki, tikintidə bütün işlər paralel aparılır. Binanın daxili ilə yanaşı çöl hissəsində də tikinti işləri görülür.

Məlumat üçün qeyd edək ki, 190 çarpayılıq xəstəxanada səhiyyənin bütün sahələri, o cümlədən cərrahiyyə, travmatologiya, terapiya, reanimasiya, infeksiya, doğuş, uşaq, dializ, lor, ginekalogiya, poliklinika şöbələri və təcili yardım stansiyası fəaliyyət göstərəcək.

Şəmkir Rayon Mərkəzi Xəstəxanası üçün inşa edilən yeni binada tikinti işləri nəzərdə tutulduğu kimi və ahəngdar gedir. Bu da yeni tibb ocağının vaxtında istifadəyə veriləcəyindən xəbər verir.

Keçidlər