Şriftin ölçüsü :

Saytın rəngi :

"Şəmkirin hər qarışında Cənab Prezidentimizin dəst-xətti hiss olunur. Çünki..."- Bayramlı ağsaqqalları

20 iyun 2018 | 16:00

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tez-tez rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşləri keçirilir.

Rayon İcra Hakimiyyətinin başçısı insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkirin bütün kəndlərini qarış-qarış gəzir, insanlarla yaxın ünsiyyətdə olur.

Bu gün daha bir səyyar görüş rayonun Bayramlı kəndində keçirildi.

Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirdi, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

İcra başçısı bildirib ki, hazırda Şəmkir Rayon Mərkəzi Xəstəxanasının, Azfarel Balıqçılıq təsərrüfatının tikintisində son tamamlama işləri aparılır. Özəl sahəyə xüsusi diqqət yetirilir, yeni-yeni istehsal və emal müəssisələri yaradılır. Rayonda kənd təsərrüfatı, xüsusilə istilikxanalar yüksək sürətlə inkişaf edir. Bu sahədən milyonlarla manat gəlir əldə olunur.

Sonra vətəndaşların müraciətləri dinlənilib.

Kənd ağsaqqalları bildiriblər ki, bu gün Şəmkirdəki inkişaf hər bir rayon sakinini çox sevindirir: “Şəmkir bu gün o qədər inkişaf edib ki, adam qıraqdan rayonumuza daxil olanda elə bil hansısa bir Avropa şəhərinə gəlir. Bütün bu gözəlliklərin hər qarışında Cənab Prezidentimizin dəstxətti görünür. Çünki onun tapşırıqları rayonumuzda düzgün icra olunur. Ona görə bütün Bayramlı ağsaqqalları adından ölkə Prezidentimiz Cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və sizə dərin təşəkkürümüzü bildiririk”.

Görüş zamanı kənd ağsaqqalları icra başçısından kəndə gələn yolların, uşaq baxçası və məktəbin təmiri ilə bağlı köməklik edilməsini də xahiş ediblər.

Səyyar qəbul-görüşdə bəzi problemlər yerində həll olunub, bəzilərinin isə həlli istiqamətində aidiyyəti qurumlara tapşırıqlar verilib.

 

Keçidlər