Şəmkir rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
əmkir rayonunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
İyunun 14-də Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatı və Şəmkir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəmkir Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Gənc tarixçilər və YAP fəalları iştirak etdilər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Milli Qurtuluş Gününə gedən yoldan bəhs edən videoçarx nümayiş etdirilib.
İlk öncə çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurlu fəaliyyətləri nəticəsində ölkəmiz bu gün bütün dünyada tanınır.
Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Qüdrət Əliyev 1993-cü il iyunun 15-dən ötən dövrdə Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan uğurlardan danışıb.
Qüdrət Əliyev 1993-cü ilin iyununda Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edib.
Yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib: “Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoydu. Məhz Prezident İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur.
Digər çıxış edənlər də dövlətçilik tariximizə şərəfli və qürurverici səhifə kimi daxil olmuş 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıblar.