Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmkir rayon Əhməd Cavad adına mədəniyyət mərkəzində dövlət qulluqçularının peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

22 iyun 2014 | 15:00

Tədbirdən öncə Dövlət qulluqçuları Ulu Öndərin əzəi xatirəsini yad etmiş, abidə kompleksi önünə gül dəstələri qoymuşlar.
Tədbiri  giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyətinin  Başçısı Cənab Nazim Veysov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək, onlara öz səmimi arzularını çatdırmışdır. Daha sonra Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Şəmkir rayon Mərkəzi Xəstəxanasının müdiri Nurəddin Əhmədov və başqaları çıxış edərək dövlət qulluqçularının peşə bayramını təbrik etmişlər. Tədbirin sonunda il ərzində dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fərqlənənlərə Şəmkir Rayon İcra Hakimiyyətinin fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olundu.
  
 

Keçidlər