Şriftin ölçüsü :

Saytın rəngi :

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq

14 iyun 2018 | 16:00

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq

2017-2018-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 111 257 nəfər, XI siniflərini 83 001 nəfər, qiyabi (axşam) ümumtəhsil məktəblərini isə 658 nəfər şagird bitirir.

"Son zəng" tədbiri iyunun 14-də hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunacaq.

Təhsil nazirliyi tərəfindən məktəb rəhbərlərinə “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin, məktəbin sabiq məzunlarının iştirakı tövsiyə edilib.

Şəmkir Rayon İcra Hakimiyyəti olaraq bütün məzunları təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq!

 

Keçidlər