Daha bir gənc xanım müdir təyin edildi
13 iyun 2018 | 16:00
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Kazımova Ellada Tahir qızı Şəmkir rayonu Mahmudlu kənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.
Ellada Kazımova Gəncə Dövlət Universitetinin Tarix-Coğrafiya fakültəsini bitirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Ellada Kazımovanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.