Şriftin ölçüsü :

Saytın rəngi :

Təzəkənd bağçasına da gənc xanım təyinat aldı

13 iyun 2018 | 16:00


Qeyd etdiyimiz kimi Prezident Cənab İlham Əliyevin ölkəmizdə ənənyə çevirdiyi gənclər siyasəti bu gün Şəmkir rayonunda da uğurla həyata keçirilir. Belə ki, gənclərin rəhbər vəzifələrə təyin olunması artıq Şəmkirdə geniş vüsət almışdır.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Həsənova Sevinc Rafiq qızı Şəmkir rayonu Təzəkənd körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.

Sevinc Həsənova Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının İbtidai təhsilin pedaqogika və metodikası ixtisasını bitirib.

Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Sevinc Həsənovanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.

Keçidlər