Gənc xanıma vəzifə verildi
Gənclərə diqqət və qayğının göstərilməsi prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən birinə çevrilib.
Ölkə Prezidentinin ənənyə çevirdiyi bu siyasət bu gün Şəmkir rayonunda da uğurla həyata keçirilir. Belə ki, gənclərin rəhbər vəzifələrə təyin olunması artıq Şəmkirdə geniş vüsət almışdır.
Şəmkir rayonunda aparılan kadr islahatlarında gənclərin xüsusi olaraq önə çəkilməsi, gənc kadrlara göstərilən etimad, onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinin əsas səbəbidir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq Əmrinə əsasən Cəfərova Səbinə Hikmət qızı Şəmkir rayonu Zəyəm qəsəbə körpələr evi-uşaq bağçasının müdiri vəzifəsinə təyin olunub.
Səbinə Cəfərova Şəmkir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirib.
Şəmkir Rayon İcra Hakimiyyətinin kollektivi və bütün şəmkirlilər adından Səbinə Cəfərovanı təbrik edir, gələcək işlərində uğurlar arzulayırıq.