"Xalq - dövlət birliyidir bizi güclü edən" - Alimpaşa Məmmədov
Şəmkirin Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun növbəti səyyar qəbul-görüşü rayonun Qasımalılar kəndində keçirilib.
Qəbulda əvvəlcə Qasımalılar kənd İƏD üzrə nümayəndə Fərhad Tağıyev çıxış edib, kəndin sosial-iqtisadi durumu, əhalinin məşğuliyyəti, görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışıb.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirərək, respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışıb.
İcra başçısı xüsusi vurğulayıb ki, bü gün Cənab Prezident İlham Əliyevin uğurlu siyasətinin ən başlıca istiqaməti vətəndaş amilinin vacib tutulması, xalq-dövlət birliyinin təmin edilməsidir: "Bunun nəticəsidir ki, bu gün Azərbaycan güclü dövlətə çevirilib".
Alimpaşa Məmmədov bildirib ki, Cənab Prezident İlham Əliyevin uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.
Sonra vətəndaşların müraciətləri dinlənilib, sakinlər təfindən qaldırılan məsələlər barədə əlaqədar qurumlara müvafiq tapşırıqlar verilib.