Şriftin ölçüsü :

Saytın rəngi :

CƏNUBİ KOREYADAN TƏBRİK VAR - VİDEO

08 iyun 2018 | 16:00

Xəbər verdiyimiz kimi, Şəmkir Rayon İcra Hakimiyyətinin rəsmi facebook səhifəsi Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması ilə əlaqədar bu həftəni xaricdə təhsil alan şəmkirli tələbələrin təbrik videolarına həsr edib.

Səhifəmizin növbəti qonağı Məsimli Leyladır.

Şəmkirli tələbə Leyla Cənubi Koreyada İnha Universitetində doktorantura təhsili alır.

Leyla Məsimli “Azərbaycan mədəniyyətinin Odisseyi” kitabının müəllifidir. Bir neçə elmi məqalələri var.

Leyla eyni zamanda Cənubi Koreyada fəaliyyət göstərən Buta Koreya-Azərbaycan tələbə təşkilatının və Brain Of Korea fondunun fəal üzvlərindəndir.

Cənubi Koreyada Woojung Education and Culture Foundation təşkilatının təqaüdçüsüdür.

Leyla Məsimli və Cənubi Koreyada təhsil alan əcnəbi tələbələrin təbrik videosuna aşağıdakı linkdə baxa bilərsiniz. 

 

https://www.youtube.com/watch?v=qZ3eVPjNHfo&feature=youtu.be

Keçidlər