Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov növbəti səyyari qəbulu 19 iyun 2014 – cü il tarixdə Dəllər Cəyir kəndində keçirmişdir.
Qəbulda Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov da iştirak etmişdir.
Səyyari qəbulda rayonun Dəllər Cəyir kənd sakinləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri, hüquq mühafizə orqanları və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir.
Şəmkir rayon İcra Hakimiyyəti Başçısı Nazim Veysov və Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul işçisi Habil Əzənmədov Prezident cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü daxili və xarici siyasətdən , əldə olunmuş uğurlardan danışmış, rayonda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, respublikada və rayonda aparılan geniş tikinti – quruculuq, abadlıq işlərindən bəhs etmişlər.
Ölkə başçısı cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək, problemlərini həll etmək tapşırığının rayonda diqqət mərkəzində saxlanıldığını bildirən Nazim Veysov kənd sakinlərinin şikayət və təkliflərini dinləmişdir.
Səyyari qəbulda 196 nəfər iştirak etmiş, 8 nəfər müxtəlif məsələlərlə bağlı müraciət etmişdir.
Vətəndaşlar tərəfindən qaldırılmış problemlərin bir qismi RİH Başçısının göstərişi ilə yerindəncə öz həllini tapmış, digər problemlər isə aidiyyatı təşkilat rəhbərləri tərəfindən nəzarətə götürülmüşdür.
Qəbula gələn vətəndaşlar dövlət başçısının siyasətindən, onlara göstərilən qayğıdan razı qaldıqlarını bildirmişlər.