Şriftin ölçüsü :

Saytın rəngi :

Rusiyalı iş adamları Şəmkirdə görüş keçirib

06 iyun 2018 | 16:00

Bu gün Rusiya Federasiyasından olan iş adamları Şəmkirə səfər edib .

Şəmkir Rayon İcra Hakmiyyəti başçısının birinci müavini Qüdrət Əliyev qonaqlarla görüşüb.

Görüşdə "Belarusiya istehsalat şirkəti" MMC-nin icraçı direktoru Yusifov Vüqar Məzahir oğlu, Kuban SİB Frukt kompaniyasının direktoru Diomid Babich və Şəmkir rayonundan olan yerli sahibkarlar iştirak ediblər.

Əvvəlcə Rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Qüdrət Əliyev qonaqları salmalayıb və qonaqlara Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun salamlarını çatdırıb.

Qüdrət Əliyev Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Şəmkirin də sürətlə inkişaf etdiyini qeyd edib.

Cənab Prezident İlham Əliyevin bölgələrdə sahibkarlara əlverişli şəraitin yaradılması barədə tapşırıqlarının Şəmkir rayonunda diqqət mərkəzində saxlanıldığını bildirən Qüdrət Əliyev Şəmkirdə sahibkarların fəaliyyətini bir qədər də genişləndirməsi üçün onlara hər cür şərait yaradıldığını,hər cür dəstək göstərildiyini diqqətə çatdırıb.

Rusiyalı iş adamları da öz növbəsində Şəmkirdə olmaqdan məmnun olduqlarını bildiriblər və Şəmkirə səfərləri barədə ətraflı məlumat veriblər.
Kuban SİB Frukt-un fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən qonaqlar yerli sahibkarlarla əməkdaşlıq edə biləcəklərini xüsusi vurğulayıblar.

Kompaniyanın direktoru Diomid Babich yerli sahibkarlara Rusiya Federasiyasının Novosibirsk bölgəsində Şəmkir istixanalarında yetişən məhsulların satışını təmin etmək məqsədi ilə yeni əlaqələrin qurulmasını da təklif edib.

Daha sonra qonaqlarla yerli sahibkarlar arasında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra isə rusiyalı iş adamları sahibkar Tahir Hüseynovun soyuducu anbarı və istilikxanaları ilə tanış olublar.

Keçidlər